Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:10

Atəşkəslə bağlı 19 may açıqlaması


Qarabağda Azərbaycan əsgəri

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 113 dəfə pozublar .

Bu zaman 60 millimetrlik minaatanlardan da (6 mərmi) istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından, Qazax rayonunun Qızılhacılı, Qaymaqlı, Aşağı Əskipara, Berd rayonundan da Tovuz rayonunun Koxanəbi və Hacıalılı kəndləri atəşə tutulub.

Nazirlik bildirir ki, Ağdam rayonunun işğal altında olan Qaraqaşlı, Kəngərli, Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.

Həmçinin, Goranboy və Tərtər rayonları istiqamətində də Azərbaycan ordusunun mövqelərinin vurulduğu açıqlanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG