Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 04:57

Aygün Bəylərin qardaşı qətlə görə məhkəmə önündə


Müğənni Aygün Bəylər (Hümmətova)

Əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətovun məhkəməsi başlayır. O, mayın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Fuad Məmmədzadə, Elnur Alxasov, Ramil Əsirov, Elnur ƏsirovCavid Alxasovla birlikdə hakim önünə çıxarılacaq.

Adları çəkilən şəxslər qətl hadisəsinə görə həbs olunublar. Qətlə yetirilən Elnur Hümmətov da əməkdar artistin qohumudur.

Buna da bax:​ 'Uşağımı türmədə yoxa çıxartdılar' [yenilənib]

İttihama görə, təqsirləndirilənlər Elnur Hümmətovun polisə onların narkotik əkmələri haqda xəbər çatdırmasından şübhələniblər. Ona görə də E. Hümmətovu boğub qətlə yetirib, meyiti də Qala qəsəbəsində gizli yerdə basdırıblar.

E. Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. Üç il sonra – 2016-cı ilin avqustun 30-da E. Hümmətovun qətlə yetirildiyi müəyyənləşdirilib, meyitin qalıqları basdırıldığı yerdən çıxarılıb.

Buna da bax:​ 'Dəmirci Tower'-də müdirini güllələyən işçi polisə təslim olub

Amma təqsirləndirilən şəxslərdən Abbas Hümmətov və Fuad Məmmədzadə özünü təqsirli bilmir, qətl hadisəsində iştirakları olmadığını bildiriblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG