WikiLeaks saytına məxfi informasiyalar ötürmək ittihamı ilə həbs edilmiş Çelsi Menninq ( Chelsea Manning ) vaxtındanəvvəl azadlığa buraxılıb.
Bu barədə mayın 17-də BBC və digər xəbər agentlikləri məlumat yatyıb.
Menninq cəzasını Kanzas ştatındakı hərbi həbsxanalardan birində çəkirdi.
O , istintaq vaxtı sayta məlumatlar ötürdüyünü etiraf edib.
Məhkəmənin qərarına əsasən Çelsi Menninq (Bredli Menninq) 2045-ci ildə azadlığa çıxmalı idi, amma yanvarda getməkdə olan ABŞ prezidenti Barack Obama onun cəzasını yüngülləşdirdi.
Hərbçi Bredli Menninq (Bradley Manning)2010-cu ildə WikiLeaks saytına 700 mindən çox məxfi hərbi və diplomatik məlumatlar ötürmək ittihamı ilə həbs edilmişdi.
2013-cü ildə isə 35 il azadlıqdan məhrum edilmişdi.
Həbsxanada olarkən cinsi və adını dəyişdirib.
29 yaşlı əsgər Bradley Manning İraqda kəşfiyyat bölməsində işləyirdi.