Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 17:40

Avropa Parlamentinin missiyası Bakıya gəlir


Avropa Parlamenti

Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvləri mayın 22-də Bakıya gələcəklər. Missiyaya almaniyalı deputat David McAllister rəhbərlik edəcək.

Qurumun press-relizində yazılır ki, səkkiz nəfərlik nümayəndə heyəti rəsmi şəxslərlə və Milli Məclisin deputatları ilə görüşlər keçirəcək.

Nümayəndə heyəti Bakıdan Gürcüstana və Ermənistana gedəcək.

2015-ci ildə Avropa Parlamenti Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. Qətnamədə demokratik prinsiplər və insan hüquqlarına görə Azərbaycan hakimiyyəti tənqid edilirdi.

Sənədə həmçinin, Avropa Komissiyası ilə üzv ölkələrə Azərbaycanda siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya, viza qadağası məsələsinə baxmaq tövsiyə edilirdi.

Qətnamənin qəbul edilməsindən sonra Azərbaycan parlamenti «Avronest»dən çıxmaqla bağlı prosedurların başlanmasına qərar vermişdi. Milli Məclisin sözügedən qərar qəbul edilən iclasında Avropa Parlamentinin ünvanına rəsmi səviyyədə kəskin ittihamlar səslənmişdi.

Ancaq 2016-cı il sentyabrın 30-da ölkə parlamenti «Avronest»ə yenidən geri dönməyə qərar verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG