Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:51

Prezidentə sadiqlik andını pozan məmurlar məsuliyyətə cəlb olunacaqlar


Emomali Rakhmon

İndən belə Tacikistanda prezidentə sadiqlik andını pozan məmurlar intizam məsuliyyətinə cəlb olunacaqlar.

Bu barədə mayın 17-də Azadlıq Radiosunun Tacikistan xidməti məlumat yayıb.

Bundan başqa məmurlar hər il vergi orqanına gəlir və əmlakları barədə bəyannamə təqdim etməlidirlər.

Tacikistan hökuməti ilə bağlı qanuna muvafiq düzəliş parlamentin mayın 17-də keçirilən iclasında qəbul edilib.

Ölkə prezidenti Emomali Rakhmon hələ ötən ilin iyulunda hökumət və parlament üzvləri barədə qanun imzalayıb.

Qanuna əsasən hökumət üzvləri işə bağlamazdan əvvəl prezidentə sadiqlik andı içməli və ölknin beynəlxalq imicinin artmasına xidmət edəcəklərini vəd etməlidirlər.

Bu 2016-cı il mayın 22-də keçirilən ümumxalq referendumunda qəbul olunmuş 41 düzəlişdən biri idi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG