Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 04:09

MN: 'Ermənistan yaşayış məntəqələrini atəşə tutur'


Müdafiə Nazirliyi

Bu gün, mayın 17-si Müdafiə Nazirliyi (MN) cəbhədəki vəziyyətlə bağlı ənənəvi açıqlamasından əlavə məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 16-sı axşam saatlarından Ermənistan silahlı qüvvələri cəbhə xəttinin Ağdam istiqamətində hərbi mövqeləri və müdafiənin dərinliyindəki yaşayış məntəqələrini müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub.

Bununla belə, Müdafiə Nazirliyi vurğulayır ki, qarşı tərəfin tətbiq etdiyi döyüş pilotsuz uçuş aparatları aşağı keyfiyyətli olduğundan Azərbaycan mövqelərinə heç bir zərər dəyməyib:

«Silahlı Qüvvələrin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb».

Müdafiə Nazirliyi mayın 17-si səhər ənənəvi məlumatında isə bildirirdi ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 110 dəfə pozublar.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG