Keçid linkləri

Təcili xəbərlər
2018, 17 İyul, çərşənbə axşamı, Bakı vaxtı 23:36

Mayın 16-sı Bakı və Abşeron yarımadasında yağış yağacağı bildirilir. Axşam yarımadanın bəzi yerlərində yağıntının intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 12-14, gündüz 18-21, Bakıda gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq.

Nazirlik xəbərdarlıq edir ki, mayın 15-i axşamdan 16-sı səhərə kimi Bakı və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək. Arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə 10-15, gündüz 20-25 , dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təxmin edilir.

Nazirliyin xəbərdarlığına görə, mayın 17-si gündüzə kimi ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG