Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 12:23

Süleyman Rüstəm, 9-dan çıxan şirkətlər


S. Rüstəm, 9 ünvanından çıxan şirkətlər

Şirkətlər altı il öncə hər biri 10 min manat vəsaitlə biznesə başlayıblar. İndi isə onların yeganə xanım səhmdarının toplam 8 milyon manata yaxın ödənilmiş nizamnamə kapitalı var.

«Agro Capital» MMC və «Cargo Capital» MMC heç bir səbəb göstərmədən ləğv hazırlığına başlayıb. Şirkətlər eyni gündə (15 iyul 2011-ci il) biznes aləminə qədəm qoymuşdular. Təsisçinin Günay Nizami qızı Məmmədova olduğu açıqlanmışdı.

Buna da bax:​ Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

O zaman bu cür məlumatların açıq olmasının rəsmən yasaqlanmasına hələ bir il qalırdı. Şirkətlərin payçılarının tərkibində dəyişikliyin olub-olmaması haqda bilgi yoxdur. Elə eyni gündəcə ləğv olunması haqda qərar verilən bu şirkətlərin biznesin hansı sahəsində belə uğurla fəaliyyət göstərməsi də qaranlıq qalıb.

S. Rustam, 9 from the two companies involved. (screenshot)
S. Rustam, 9 from the two companies involved. (screenshot)

Mənbə: «Vergilər» qəzeti

Direktorlar tez-tez dəyişirmiş

Bəlli olan təkcə odur ki, «Agro Capital» MMC-nin kapitalı bu dövrdə 3 milyon manatı keçib, «Cargo Capital» MMC-nin kapitalı isə 5 milyon manata yaxınlaşıb. «Cargo Capital» MMC-də bu dövrdə həm də, ən azı, 3 direktor (Mürsəl Əliyev, Asif Bağırov və Anar Əhmədov) dəyişib.

Buna da bax: Şirkətin yaranmağı ilə ləğvi bir oldu

«Agro Capital» MMC-yə isə əvvəlki tək Mürsəl Əliyev rəhbərlik edir. Mürsəl Hüseyn oğlu Əliyev həm də «Synergy Group» şirkətlər qrupuna yaxınlığı ilə tanınan «Enga Capital», «Enga Pact» və «Relt Capital» MMC-lərə başçılıq edir.

Bu ünvanda çox şirkətlər açılıb-bağlanıb

Hər iki şirkətin hüquqi ünvanı Bakı şəhəri, Süleyman Rüstəm, ev 9-dur. Burada, bir qayda olaraq, «Synergy Group» MMC və «AtaHolding» MMC holdinq şirkətlərinə bağlılığı olan şirkətlər qurulur. Bu ünvanda 100-dən çox şirkət qeydə alınıb. Onların bəzisi («Meqas», «Exclusive Dining», «Balitor», «Avion», «Capital Partners», «Aztexnomed», «Meqamed», «Azmedkom», Avilan, Brainpover və Prokom MMC-lər və s.) son bir neçə ildə ləğv edilərək dövlət reyestrindən çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG