Keçid linkləri

2017, 22 İyun, Cümə axşamı, Bakı vaxtı 18:18

Şirkətin yaranmağı ilə ləğvi bir oldu


"AtaHolding"in loqosu.

«AtaHolding» və «Synergy Group» kimi iri şirkət qruplarına ev sahibliyi edən «Relt Sale» MMC ləğv olunur.

«AtaHolding» və «Synergy Group» kimi iri şirkət qruplarına ev sahibliyi edən «Relt Sale» MMC ləğv olunur (yanvarda qurulub, «Bakı, Süleyman Rüstəm küçəsi, 9» ünvanında qeydə alınmışdı).

Şirkətin yaradılması haqda dövlət reyestri məlumatı bu gün – martın 15-də rəsmi mediada açıqlanıb. Yanvarın 9-da yaradılan şirkətin kapitalı (10 manat) göstərilsə də, rəhbərinin adı gizli saxlanılıb.

Buna da bax:​ AtaHolding 20 milyon ziyanda

"Relt Sale" MMC ləğv olunub.
"Relt Sale" MMC ləğv olunub.

Ləğvetmədə pozuntu əlamətləri Bir məqam da diqqət çəkir ki, Vergilər Nazirliyinin idarə etdiyi onlayn elektron resursunda «Relt Sale» MMC (VÖEN 1403628451) haqqında məlumat yoxdur. Nazirliyin digər məlumat resursunda isə həmin şirkətin ləğvetmə prosesində olduğu göstərilir.

Qanunvericiliyə görə, şirkətlərin açıqlana bilən dövlət reyestri məlumatları Vergilər Nazirlyinin mətbu orqanında dərc olunur. «Vergilər» qəzetində kommersiya şirkətlərinin təşkilati-hüquqi formasının dəyişdirilməsi və ləğv edilməsi haqda təsisçi elanları da açıqlanmalıdır. İş də burasındadır ki, «Relt Sale» MMC-nin ləğvi barədə elan bu qəzetdə dərc edilməsə də, dövlət reyestrinə onun ləğv prosesində olması haqda məlumat daxil edilib.

Buna da bax: Əliyevlərlə bağlı şirkətlərdə 'yunan allahları' [qısa araşdırma]

Hüquqşünas Ramil Süleymanov AzadlıqRadiosu-na deyir ki, şirkətin ləğvinə dair təsisçilərin qərarından başqa, Vergilər Nazirliyinin müvafiq qurumuna bu qərarın dərc olunması haqda bildiriş də təqdim olunmalıdır.

«Relt» bir qrupmuş

«S. Rüstəm küçəsi, 9» ünvanında 2014-cü ilin avqustunda adında «Relt» sözü daşıyan 5 şirkət yaradılmışdı. Ötən il onların ikisi («Relt Mart» MMC və «Relt Pact» MMC) daha 11 şirkətlə birgə Şəmkir şəhərində yerləşən «COMAS» MMC-yə birləşib. Binəqədi Rayon İcra Hakimiyyəti bu qrupa aid «Relt House» MMC ilə Azadlıq prospekti və Z. Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5; 7; və 9 saylı qəzalı binaların sökülərək, yerində yeni binaların tikilməsi haqda müqavilə bağlayıb. Şirkətin inşaat sektorunda çalışdığı, çoxmərtəbəli binaların tikintisinə xüsusi razılığı (lisenziyası) olduğu anlaşılır.

Buna da bax:​ 'Synergy Group'a yaxın yeni şirkət qurulub

Digər iki şirkət («Relt Capital» MMC və «Relt Property» MMC) barədə bilgi yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG