Keçid linkləri

2017, 23 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:51

Məhkəmə "Kanal 13" internet televiziyasının inzibati qaydada həbs edilən rəhbərlərindən Əziz Qaraşoğlunu azadlığa buraxmaqdan imtina edib.

Qərar bu gün, mayın 13-də Bakı Apellyasiya Məhkəməsində çıxarılıb.

Vəkil Elçin Sadıqov bu qərarla razılaşmadıqlarını bildirib. O deyib ki, Əziz Qaraşoğlu haqda çıxarılan hökm tamamilə qurama, əsassızdır.

“İşin materialları da göstərir ki, bu iş quramadır. Necə olur ki, səhvən, başqasının yerinə saxlanan şəxsi ittiham edib həbs edirlər? Ə. Qaraşoğlujurnalist olub, işdəki detallar da göstərir ki, onun polisə müqavimət göstərməsi barədə deyilənlər doğru deyil. Onun hansısa müqavimət hərəkət etməsi üçün də əsaslar olmayıb”, vəkildeyib.

O, aşağı məhkəmənin qərarının ləğv edilməsini, jurnalistin sərbəst buraxılmasını məhkəmədən istəyib.

Ancaq hakim Əflatun Qasımovun sədrlik etdiyi heyət vəkilin arqumentlərini əsassız sayıb.

Beləliklə, Nəsimi Rayon Məhkəməsində Ə. Qaraşoğlunun30 sutka inzibati qaydada həbs edilməsi ilə bağlı verilən qərar qüvvədə saxlanıb.

Xatırlatma

"Kanal 13" internet televiziyasının rəhbərlərindən Əziz Qaraşoğluna mayın 2-dəNəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib.

Ə.Qaraşoğlu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham edilib. Söhbət polisə müqavimətdən gedir.

Rəsmi ittihama görə, jurnalisti 2015-ci ildən axtarışda olan Faiq Cabbarov adlı şəxsə xarici görünüşü oxşadığından polisə aparıblar. Həmin vaxt jurnalistin polisə müqavimət göstərdiyi iddia edilir.

Mayın 2-də jurnalistin xanımı da onunla birgə saxlanıb, ancaq sonra sərbəst buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG