Keçid linkləri

2017, 18 Avqust, Cümə, Bakı vaxtı 03:17

Mayın 13-də Azərbaycan yığma komandası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb.

Qızıl medalı Azərbaycanın aktivinə atıcılıq yarışında mübarizə aparan Ruslan Lunyov yazdırıb. O, kişilərin 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaq yarışında hamıdan dəqiq olub - (581 xal).

IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı isə Türkiyə idmançısı qazanıb. Türkiyəli Ömər Akgün kişilər arasında keçirilən 10 metr pnevmatik tüfənglə atıcılıq yarışındabütün rəqiblərindən dəqiq olub.

IV İslam Həmrəyliyi Oyunları mayın 22-nə kimi davam edəcək. Azərbaycana bununla bağlı 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmisi və bir o qədər də texniki nümayəndə gəlib.

İdmanın 21 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparırlar. Azərbaycanı bu oyunlarda 425 atlet təmsil edir.Yarışların rəsmi açılışı mayın 12-də olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG