Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:03

Keçmiş məhbus Elvin Abdullazadə Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu haqda onun özü bildirib.

Gənc fəala çağırışın səbəbi ilə bağlı dəqiq bilgi verilməyib. Ancaq o, çağırılmasının səbəbinin sosial şəbəkələrdə fəallığı ilə bağlı olduğunu düşünür.

«Məncə, Facebook-dakı statuslarıma görə çağırıblar. Mayın 10-da belə statuslarım olub, Qiyas İbrahimov və Bayram Məmmədov barəsində yazmışam. Başqa səbəb çətin olsun», - Elvin Abdullazadə bildirib.

E.Abdullazadə mayın 15-də Bakı şəhər Baş Polis İdarəsində olmalıdır.

Gəncin çağırılma səbəbinə, hələlik, Bakı şəhər Baş Polis İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

XATIRLATMA

Elvin Abdullazadə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü ikən, 2015-ci il yanvarın 8-də saxlanılmışdı. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunmuş, 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il həbs cəzası almışdı.

Gənc cəbhəçi məhkəmədə ittihamı qəbul etmir və həbsini siyasi sifariş sayırdı. Onun şikayətinə Ali Məhkəmə instansiyanda baxılanda ittiham olunduğu maddə dəyişdirilmiş, CM-nin 234.1-ci (şəxsi məqsədlə narkotik istifadəsi) maddəsinə tövsif olunmuşdu.

Gənc cəbhəçinin cəza müddəti də 6 ildən 2 il 6 aya endirilmişdi.

E.Abdullazadə ölkə başçısının Novruz bayramında imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb. O, həbsdən çıxdıqdan sonra AXCP-ni tərk edərək Müsavat Partiyasına üzv qəbul olunub.

Qiyas İbrahimov və Bayram Məmmədov da narkotik ittihamı ilə tutulub. Ötən il mayın 10-da saxlanan bu iki gənc isə 10 il həbs cəzası alıblar. Hüquq müdafiə təşkilatları gənclərin, əslində, keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək» şüarı yazıldığına görə həbs edildiyini bəyan ediblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG