Keçid linkləri

2017, 19 Noyabr, bazar, Bakı vaxtı 14:38

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2017-ci ilin aprel ayında dövlət büdcəsinə 133 milyon 659 min manat vəsait ödəyib.

Bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Bu göstərici 2016-cı ilin aprel ayı ilə müqayisədə 13 milyon 814 min manat çoxdur.

Buna da bax:​ 'Azəri-Çıraq-Günəşli'dən gələn səmt qazı kəskin artıb

Ümumilikdə, bu ilin yanvar-aprel aylarında büdcəyə 530 milyon 302 min manat vəsait ödənilib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 85 milyon 327 min manat artıqdır.

Bundan əlavə, bu ilin aprel ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 247 min manat vəsait köçürüb. Bu, da ötən ilin müvafiq dövrünə nisbətən 109 min manat çoxdur. Bu ilin yanvar-aprel aylarında isə SOCAR Dövlət Sosial Müdafiə Fonduna 49 milyon 515 min manat ödəyib. Bu da 2016-cı ilin yanvar- aprel ayları ilə müqayisədə 4 milyon 407 min manat çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG