Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:43

'Azəri-Çıraq-Günəşli'dən gələn səmt qazı kəskin artıb


BP Azerbaijan

2017-ci ilin birinci rübündə BP və tərəfdaşları “Azəri-Çıraq-Günəşli” (AÇG) neft blokunun işlənməsi layihəsi çərçivəsində SOCAR-a 1,1 mlrd. kubmetr səmt qazı verib.

Bu haqda “BP-Azerbaijan” şirkətinin ictimaiyyətə açıqladığı məlumatda bildirilir.

BP-nin əvvəllər açıqladığı məlumatına görə, 2016-cı ilin birinci rübündə SOCAR-a AÇG layihəsindən 692 mln. kubmetr səmt qazı verilmişdi. Beləliklə, cari ilin yanvar-mart aylarında SOCAR-ın aldığı səmt qazının həcmi 58,9 faiz artıb.

Buna da bax:​ 'Azəri-Çıraq-Günəşli'də neft gəliri azalıb

“BP-Azerbaijan” şirkətinin məlumatda bildirilir ki, birinci rüb ərzində SOCAR-a orta hesabla sutkada 12,1 mln. kubmetr səmt qazı verilib (2016-cı ilin birinci rübündə – 7,6 mln. kubmetr qaz).

BP qeyd edir ki, bu dövrdə AÇG blokundan hasil olunan səmt qazının qalan həcmi təzyiqin dəstəklənməsi məqsədilə yenidən laylara doldurulub. Ancaq BP həmin həcmlərin miqdarını açıqlamır.

AÇG-dən hasil olunan səmt qazı sazişə görə, SOCAR-a Səngəçal terminalının çıxış nöqtəsində pulsuz verilir.

Buna da bax: 'Ölkədə qeyri-rəsmi milyarderə çevrilən məmurlar var'

2016-cı ildə SOCAR AÇG-dən 2,75 mlrd. kubmetr səmt qazı almışdı. 2015-ci ildə isə bu 3,2 mlrd. kub metr təşkil etmişdi.

Elə bu səbəbdən də bəzi ekspertlər SOCAR-ın böyük həcimdə pulsuz qaz əldə etdiyinə diqqət çəkərək ötən il ölkədə mavi yanacağın tarifinin yüksəlməsini tənqidlə qarşılamışdılar.

Xatırlatma

AÇG Bakıdan şərqdə, təxminən 100 km məsafədə yerləşən yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170 m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.

Buna da bax:​ 'Şahdəniz-2' 2018-də işə düşəcək

2001-ci ildən 2016-cı il avqustun 1-ə kim “Azəri-Çıraq-Günəşli” blokundan mənfəət neftinin satışından Dövlət Neft Fonduna 119 milyard 779 milyon dolların daxil olduğu açıqlanıb.

Layihə iştirakçıları BP (35,78 faiz), Chevron (11,27 faiz), ExxonMobil (8 faiz ), ONGC (2,72 faiz ), SOCAR (11,65 faiz) şirkətləridir.

Yataqda, habelə Inpex Corp, ITOCHU Oil, Statoil və TPAO şirkətlərinin də payı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG