Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 09:18

2016-cı il ərzində "Şahdəniz-2" layihəsinin tikinti işlərinin 90 faizi tamamlanıb.

Layihənin operatoru "BP-Azerbaijan"dan verilən məlumata görə, bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planlaşdırılır.

Məlumatda qeyd olunur ki, sentyabrda "Şahdəniz-2"-dən ötrü tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq məqsədi ilə yola salınıb.

Buna da bax:​ 'Azəri-Çıraq-Günəşli' və 'Şahdəniz'in gəlirləri açıqlanıb

Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi, yerləşdirilməsi ötən il üçüncü rübün sonunadək, payaların üzərinə quraşdırılması isə noyabrda başa çatdırılıb.

Məlumata görə, 2016-cı ildə Azərbaycanda 24 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub. Onların da 80 faizdən çoxu Azərbaycan vətəndaşları olub.

Xatırlatma

“Şahdəniz” yatağının işlənməsi üzrə saziş 1996-cı il iyunun 4-də bağlanılıb.

Buna da bax:​ Azərbaycana kredit ayıran qurumlar

Səhmdarlar BP (28,8 faiz), TPAO (19 faiz), Petronas (15,5 faiz), SOCAR (10 faiz), LUKoil (10 faiz), NICO (10 faiz) və SGC (6,7 faiz) şirkətidir.

“Şahdəniz 2” və ya Yatağın Tammiqyaslı İşlənməsi Azərbaycan qazını Avropaya çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarını qazla təmin etməlidir.

Buna da bax:​ Asiya İnkişaf Bankı 'Şahdəniz'ə 1 milyard ayırdı

“Şahdəniz 1” layihəsində hazırda ildə 9 milyard kub metr qaz hasil olunduğu bildirilir.

“Şahdəniz 2” layihəsində ümumilikdə illik 16 milyard kub metr qazın hasil ediləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG