Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:02

'Azəri-Çıraq-Günəşli' və 'Şahdəniz'in gəlirləri açıqlanıb


Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 2016-cı ildə 5 milyard 100 milyon dollar gəlir əldə edilib.

Bu haqda Dövlət Neft Fondunun (DNF) açıqladığı bilgilərdə deyilir.

Əvvəlki ilin gəlirləri ilə müqayisədə AÇG-nin gəlirlərində ciddi azalma var.

İllik gəlirdə azalma - 1 milyard 758 milyon dollar

Buna da bax:​ Azərbaycana kredit ayıran qurumlar

2015-ci ildə AÇG-dən Neft Fonduna daxilolmaların ümumi məbləği 6 milyard 858 milyon dollar olmuşdu.

İllik azalma 1 milyard 758 milyon dollar təşkil edib.

DNF-nin bilgilərində AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər də açıqlanıb. Həmin rəqəmlərə görə, 2001-ci ildən etibarən bu yataq neft satışından 122 milyard 109 milyon dollar gəlir verib.

DNF “Şahdəniz” yatağından əldə olunan gəlirləri də açıqlayıb.

Buna da bax:​ Standard&Poor’s: 'Azərbaycanda vəziyyət neqativ olaraq qalır'

Son bir ildə “Şahdəniz” yatağı qaz satışından 64 milyon dollar gəlir verib.

“Şahdəniz” yatağı üzrə 2007-ci ildən etibarən əldə olunan ümumi gəlirlər isə 2 milyard 506 milyon dollar təşkil edib.

Xatırlatma

“Azəri-Çıraq-Günəşli” blokunda hasilat üzrə saziş 1994-cü ilin sentyabrında bağlanılıb.

Layihə iştirakçıları BP (35,78 faiz), Chevron (11,27 faiz), ExxonMobil (8 faiz), ONGC (2,72 faiz), SOCAR (11,65 faiz), Inpex Corp. (10,96 faiz), ITOCHU Oil (4,3 faiz), Statoil (8,56 faiz) və TPAO (6,75 faiz) şirkətləridir.

Buna da bax:​ SOCAR və ABƏŞ 'Azəri-Çıraq-Günəşli' üzrə yeni planlarını açıqladı

“Şahdəniz” yatağının işlənməsi üzrə saziş 1996-cı il iyunun 4-də bağlanılıb.

Səhmdarlar BP (28,8 faiz), TPAO (19 faiz), Petronas (15,5 faiz ), SOCAR (10 faiz), LUKoil (10 faiz), NICO (10 faiz) və SGC (6,7 faiz) şirkətidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG