Keçid linkləri

2017, 22 İyul, şənbə, Bakı vaxtı 19:13

Mayın 11-dən 12-nə keçən gecə bütün ölkədə qeyri sabit hava hökm sürüb. Ölkənin əksər yerlərində yağış yağıb, qərb rayonlarında dolu düşüb, Bakıda və Abşeron yarımadasında güclü külək əsib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər nazirliyi məlumat yayıb.

Buna da bax:​ 'Bu kəndlərdən sürətlə köç başlayıb'

Nazirlik bildirir ki, dolunun miqdarı Göygöldə 13, Zurnabad kəndində (Göygöl) 18, Daşkəsənin Zağalı Göl kəndində isə 12 mm təşkil edib.

Həmin rayonlardan verilən məlumatlara görə, dolu bəzi yerlərdə təsərrüfatlara ziyan vurub. Hələlik, rəsmi qurumlardan ziyanın həcmini dəqiqləşdirmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG