Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:51

'Siyəzən məhbusları'nın şikayətinə baxılacaq


2016-cı ilin yanvarında Siyəzən rayonunda qiymət artımına etiraz olaraq keçirilən aksiyada həbs olunan 11 nəfər barəsində məhkəmə hökmündən verilən apellyasiya şikayəti icraata götürülüb.

Bu haqda AzadlıqRadiosuna həmin şəxslərin vəkillərindən Elçin Sadıqov məlumat verib.

E.Sadıqov həbsdəki etirazçılardan 3 nəfərlə - Zaur Şəkərov, Nizami Qəniyev və Coşqun Bəgişovla onların hüquqlarının yuxarı məhkəmə instansiyalarında müdafiə edilməsi ilə bağlı müqavilə bağlayıb.

Vəkilin bildirdiyinə görə, onların işinə Sumqayıt Apellyasiya Məhkəməsi baxılacaq.

Şikayət hakim Nazim Mövsümovun sədrlik etdiyi məhkəmə heyətinin icraatına verilib. İlk məhkəmə iclası mayın 23-də saat 11:00-da keçiriləcək.

Vəkil məhkəmədən sosial tələblərlə etiraz edənlərin hər birinə bəraət verilməsini istəyəcəyini bildirib.

2016-cı ilin yanvarında Siyəzəndə sosial tələblərlə etiraz aksiyası keçirənlərdən 11 nəfər hazırda həbsdədir.

Həbsdəkilər Fariz Kərimov, Müslim Əzimov, Talib Ağamalıyev, Coşqun Bəgişov, Elçin Əliyev, Zaur Şəkərov, Kamran Abdullayev, Aydın Səfərli, Abasət Süleymanov, Namiq Məstanov və Nizami Qəniyevdir.

Onlar Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 22-ci (xuliqanlıq), 228-ci (qanunsuz olaraq odlu silah daşıma və gəzdirmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə mühakimə olunublar. Habelə onlara 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittihamlar verilib.

F.Kərimov, A.Süleymanov, N.Məstanov, C.Bəgişov, T.Ağamalıyev, E.Əliyev, K.Abdullayev, Nizami Qəniyev 4, M.Əzimov, Z.Şəkərov 6, Aydın Səfərli isə 2 il azadlıqdan məhrum edilib.

XATIRLATMA

2016-cı il yanvarın 12-də Siyəzəndə unun və digər məhsulların qiymətlərinin artırılmasına etiraz olaraq bir qrup sakin yerli icra hakimiyyətinin binası qarşısında aksiya keçirib. İcra hakimiyyətinin başçısı etirazçılara tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verdikdən sonra sakinlər dağılışıb. Bundan sonra gecə saatlarında bir çox etirazçı saxlanıb.

Yanvarın 13-də saxlananların azad edilməsi tələbilə yenidən aksiya keçirilib və insident yaranıb. Yenidən bəzi şəxslər saxlanıb. Onlardan 11 nəfər məhkəmə qarşısına çıxarılıb.

Ancaq uzun müddət hüquq-müdafiə təşkilatları saxlananların hamısının müxtəlif inzibati cəzalardan sonra buraxıldığını zən ediblər.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun hadisələr zamanı yaydığı məlumatda bildirilirdi ki, 2016-cı il yanvarın 12-si və 13-də Siyəzən rayonunun bir qrup sakini şəhərin küçələrində qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmayan yürüş təşkil ediblər. Yürüş zamanı hüquqazidd hərəkətlərə yol vermiş 55 nəfər saxlanıb.

Quba rayon Məhkəməsinin hakimi Elman Əhmədovun sədrliyi ilə bu il martın 29-da keçirilən prosesdə sözügedən 11 nəfərə hökm oxunmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG