Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:04

Prezident Həzi Aslanovun ailəsi ilə görüşüb


İ.Əliyev müharibə veteranları ilə birlikdə. 2015. Foto arxiv.

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü münasibətilə mayın 9-da Bakıda mərasim keçirilib.

Azərbaycan prezidenti İlham Əliyev və onun xanımı, birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

AZƏRTAC-ın xəbərinə görə, müharibə veteranları ilə görüşən İ.Əliyev onları Qələbə günü münasibətilə təbrik edib.

Azərbaycan prezidenti və M.Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüblər, onları Qələbə bayramı münasibətilə təbrik etdilər.

Prezident Həzi Aslanovun abidəsi önünə də əklil qoyub.

Mərasimdə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG