Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:51

Trump-a Rusiyayla bağlı narahatlığını bildiribmiş


Sally Yates

ABŞ Ədliyyə Departamentinin keçmiş yüksəkrütbəli rəsmisi deyir ki, yanvarda Ağ evə Rusiyayla bağlı narahatlığını bildiribmiş. Sally Yates mayın 8-də Senatın ədliyyə alt-komitəsində ifadə verib. Onun sözlərinə görə, Ağ evə prezident Donald Trump-ın milli təhlükəsizlik müşavirinin Rusiyanın təsirinə məruz qala biləcəyi təhlükəsi barədə xəbərdarlıq edibmiş.

Hazırda Trump-ın köməkçiləri, kampaniya əməkdaşları ilə Rusiya rəsmilərinin əlaqələrinin miqyası bir neçə panel tərəfindən araşdırılır. Federal Təhqiqatlar Bürosu (FBI) da araşdırma aparır.

Senat komitəsindəki dinləmənin əsas hədəfi Trump-ın ilk milli təhlükəsizlik müşaviri Michael Flynn idi. O, fevralda istefa verməyə məcbur oldu. Səbəb Rusiyanın ABŞ-dakı səfiri Sergei Kislyak-la kontaktları barədə administrasiya rəsmilərinə yanlış məlumat verməsi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG