Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 19:19

Maliyyə nazirliyi bundan sonra dövlətə məxsus olan hüquqi şəxslərin daxili, xarici borcalmasına razılıq və ondan imtina ilə bağlı qərarlar verə biləcək.

Nazirliyə yeni səlahiyyətləri bu gün, mayın 8-də ölkə başçısı verib. Prezident bununla bağlı “Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il fevralın 9-da vermiş olduğu fərmanına dəyişikliklər edib.

Buna da bax:​ 'İqtisadi böhran özü ilə cərimələr gətirir'

Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnaməsinə də müvafiq dəyişiklik edilib.

Həmin dəyişikliklə agentliyin vəzifələri sırasına dövlətə məxsus olan hüquqi şəxslərin borcalma niyyəti barədə müraciətlərinin təhlilini aparmaq, Maliyyə Nazirliyinə əsaslandırılmış təkliflər vermək əlavə edilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG