Keçid linkləri

2017, 24 Sentyabr, bazar, Bakı vaxtı 03:48

AB Lənkəranda kənd təsərrüfatına dəstək verəcək


Lənkəranda çay festivalı.

2018-ci ildə Avropa Birliyi (AB) Lənkəran rayonunda 13.5 milyon avroluq kənd təsərrüfatı layihəsi həyata keçirəcək.

Avropa Birliyinin Azərbaycan nümayəndəsinin müşaviri Deniz Daniilidis açıqlamasında belə deyib. O bildirib ki, hazırda proqramın detalları hazırlanır. «Avropa bazarlarına çıxmaqdan ötrü məhsullar AB standartlarına uyğun olmalıdır», - deyə o vurğulayıb.

Müşavirin deməsinə görə, proqramda təkcə kənd təsərrüfatına yox, kiçik və orta biznesin inkişafına da diqqət yetiriləcək.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

AB Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yeri tutur. 2016-cı ilin göstəricilərinə əsasən, AB-nin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 37.12 faiz təşkil edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG