Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:30

Azərbaycanda yayımlanan xarici ölkələrin telekanallarındakı reklamların nümayişinə qadağa qoyula bilər.

APA-nın xəbərinə görə, yeni hazırlanmış «Kabel şəbəkəsi yayımı haqqında» Qanun layihəsi bu qadağaları da nəzərdə tutur.

Xəbərə görə, qanun layihəsinin 13-cü maddəsində bildirilir ki, retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağandır.

Həmin telekanallarda xarici reklamların yayımlanmasına görə yayımçılar məsuliyyət daşıyacaqlar.

Maddədə həmçinin göstərilir ki, retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydalarını müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum müəyyən edəcək.

Parlament sözügedən qanun layihəsini mayın 16-da müzakirə etməlidir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG