Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:52

Prezident: “ Azərbaycan AŞPA-nın Türkiyə ilə bağlı qərarını pisləyir”


İlham Əliyev

Mayın 6-sı Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışılıb

Nabi Avcı Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı bu yaxınlarda qəbul etdiyiqərarla əlaqədar Azərbaycanın ölkəsinə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də bu qərarın ədalətsiz olduğunu və Azərbaycanın bu qərarı qətiyyətlə pislədiyini söyləyib.
Söhbət ötən ay Avropa Şurası parlament Asmbleyasının sessiyasında Türkiyənin yenidən qurumun monitorinqinə alınması ilə bağlı verilən qərardan gedib.

Görüşdə mədəniyyət və turizm sahəsində əlaqələrin gücləndirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG