Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 21:02

Suriyada yeni toqquşmalar başlayıb


Rusiya komandanlığının brifiqində. 5May2017

Mayın 6-da Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında yeni toqquşmalar baş verib. Bundan az öncə ölkədə “təhlükəsiz zonalar” daxilində atəşkəslə bağlı Rusiyanın başçılığıyla əldə olunan razılaşma qüvvəyə minmişdi.

Suriya qırıcıları Hama vilayətinin al-Zalakiyat kəndindəki üsyançıları vurublar, daha sonra hökumət qüvvələri Kafr Zita və Latamneh şəhərlərini də bombalayıblar. Məlumatı Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları təşkilatı yayıb.

Buna da bax:​ ABŞ Suriyada Rusiya-Türkiyə-İran planının tərəfi olmadığını bildirib

Yeni toqquşmalarla təxminən eyni vaxtda ABŞ-ın dövlət katibi Rex Tillerson rusiyalı həmkarı Sergei Lavrov-la telefonla danışıb. Tərəflər Suriyada zorakılığa son qoyulmasına, altı illik vətəndaş müharibəsinin siyasi həllinə yönəlik cəhdləri müzakirə ediblər.

Daha öncə Suriyada atəşkəs sazişləri alınmayıb. Son razılaşma Astanada Rusiya, İran və Türkiyə arasında əldə olunub. Üsyançı qruplarsa təhlükəsizlik zonaları yaradılması planına qarşı çıxıb, bunu ölkəni “parçalama” cəhdi adlandırıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG