Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 21:32

Mayın 6-sı Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı bildirilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 13-16, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

Ölkənin bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təxmin edilir.

Departament xəbərdarlıq edir ki, mayın 7-də də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Dolu düşəcəyi ehtimalı var.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG