Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:28

Mayın 5-i Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 11-14, gündüz 20-25, Bakıda gecə 12-14, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərə dolu düşmə ehtimalı var. Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG