Keçid linkləri

Təcili xəbərlər
2018, 12 Dekabr, çərşənbə, Bakı vaxtı 17:44

Prezident NATO baş katibinin müavini ilə görüşüb


Tacan Ildem

Prezident İlham Əliyev bu gün, mayın 4-də NATO Baş katibinin ictimai məsələlər üzrə müavini Tacan Ildem-i qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev deyib ki, Azərbaycan uzun illərdir NATO ilə səmərəli əməkdaşlıq həyata keçirir. Azərbaycan müxtəlif proqramlarda, o cümlədən sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış edir.

Görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən də bəhs edilib. Bu tədbirin ölkələr və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində rolu vurğulanıb.

Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan NATO ilə 1994-cü ildən əməkdaşlıq edir. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabrında prezident İ.Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG