Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 03:38

Azərbaycandan Həcc ziyarətinə zəvvarların yola salınma tarixi açıqlanıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən xəbərə görə, ilk zəvvar qrupu avqustun 24-də yola düşür.

Sonrakı qrupların isə avqustun 26-da yola düşəcəyi gözlənilir. Bu il avtobuslarla Həcc ziyarəti nəzərdə tutulmur. Yolçular ancaq təyyarə ilə hərəkət edəcəklər. Zəvvarların sentyabrın ortalarında qayıdacaqları bildirilir

Bu il Azərbaycandan həcc ziyarətinə 600 zəvvarın yola düşməsi nəzərdə tutulur və ziyarət 3 min 850 dollara başa gəlməlidir. Ötən il Azərbaycandan həccə daha çox insan getmişdi. İldən-ilə Azərbaycandan Həccə gedənlər azalır.

Bu il Qurban bayramı milad təqvimi ilə sentyabrın 1-nə təsadüf edir. Həccdə qurban kəsmək vacib əməllər sırasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG