Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 06:52

Merkellə Putin Ukrayna və Suriya böhranını müzakirə ediblər


Angela Merkel və Vladimir Putin, Soçi, 2 may, 2017

Almaniya kansleri Angela Merkel mayın 2-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Liderlər görüşdə ikitərəfli əlaqələri, Ukraynanın şərqindəki münaqişə, Suriya müharibəsi, beynəlxalq terroçuluqla mübarizəvə iyulun 7-8-də 20-lər ölkələrinin Hamburqda keçiriləcək sdammitinə hazırlıq məsələlərini müzakirə ediblər.

Bu 2014-cü ilin martında Krımın ilhaqından sonra Merkelin Rusiyaya ikinci səfəridir.

Qeyd edək ki, Angela Merkel Ukraynanın şərqindəki münaqişənin həlli ilə bağlı Minsk sülh sazişinin əsas vasitəçilərindən biridir.

Oalmaniya kansleri hesab edir ki, bu sazişin şərtləri tam yerinə yetirilməyincə Rusiyaya qarşı beynəlxalq sanksiyalar qüvvədə qalmalıdır.

Bu sanksiyalar Krımın Rusiya tərəindən ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə tətbiq edilib.

Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır. Moskva ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG