Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:08

'Qızıl Kəlmə' sahiblərini tapdı


Mükafat
Mükafat

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində «Qızıl Kəlmə» ədəbi mükafatının 2017-ci il qaliblərinin təltifolunma mərasimi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, nəsr əsərləri nominasiyası üzrə «İşığa gedən yol» kitabına görə Sona Vəliyeva, «Sənsizlik, mənsizlik, onsuzluq» romanına görə Vaqif Nəsib və «Talelər kəsişəndə» kitabına görə Əkrəm Qaflanoğlu mükafata layiq görülüb.

Poeziya nominasiyasında «Seçilmiş əsərlər» kitabına görə Firuzə Məmmədli və «Hər iki dünyanın ən gözəli» silsilə şeirlərinə görə Vaqif Bayatlı Odər, ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə «İkinci mətn» kitabına görə Bəsti Əlibəyli və «Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı» kitabına görə Nərgiz Cabbarlı təltif olunub.

Orijinaldan bədii tərcümə əsərləri nominasiyası üzrə Svetlana Alekseyeviçin «Müharibənin qadın olmayan üzü» romanını tərcümə etdiyinə görə Əyyub Qiyas və Orxan Kamalın «Nazim Hikmətlə 3 il yarım» əsərinin tərcüməsinə görə Fərid Hüseyn qalib olub.

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyasında Zahid Xəlil («Ağ leyləklər» kitabı) və Qəşəm Nəcəfzadə («Çiçəkli xalça») mükafata layiq görülüb.

Mükafat komissiyasına əsərlərin qəbulu 2016-cı ilin noyabrında başlanıb və bu il aprelin 10-da başa çatıb.

Müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Mükafat komissiyası 5 əsas mükafatla yanaşı, daha iki əsərə «Şans» ödülünün verilməsini məqsədəuyğun sayıb.

5 nominasiya üzrə mükafatlar sahiblərinə təqdim edilib.

«Şans» ödülü Mirmehdi Ağaoğlu («Alman malı») və Şəhriyar del Geraniyə («Darıxmağın adı») verilib.

Qaliblərə diplom, pul mükafatı və plaket təqdim edilib.

2009-cu ildə qurulan «Qızıl Kəlmə» mükafatı 2 ildən bir keçirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG