Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 12:10

Polad Bülbüloğluya xalq artisti adı verilidi


Polad Bülbüloğlu

Polad Bülbüloğluya Türkmənistanın xalq artisti adı verilidi.

Bu barədə turkmenistan.gov saytı məlumat yayıb.

Müvafiq fərmanı Türkmənistan prezidenti Gurbangulu Berdimukhamedov imzalayıb.

Fərmanda deyilir ki, bu ad ona, iki ölkə arasındakı dostluq, qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi sahəsindəki xüsusi roluna, mədəni və hümanitar sahələrdə dövlətlərarası dialoqun asanlaşması və mahnı-musiqi mədəniyyətinin inkişafındakı uğurlarına görə verilir.

Qeyd edək ki, Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfiridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG