Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Avqust, çərşənbə, Bakı vaxtı 12:59

Dolu gözlənir


Dolu

Mayın 2-si Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 11-14, gündüz 20-28, Bakıda gecə 12-14, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında da yağıntı gözlənilmir. Lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Gecə 10-15, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti təxmin edilir.

Departament xəbərdarlıq edir ki, mayın 2-si axşam qərb rayonlarından başlayaraq 5-nə kimi ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimal edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG