Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 20:25

Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 9-12, gündüz 20-25, Bakıda gecə 9-11, gündüz 22-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Ancaq günün birinci yarısında bəzi qərb rayonlarında şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi gündüz arabir güclənəcək.

Gecə 8-13, gündüz 23-28, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG