Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 16:34

Karbamid zavodu gələn il işə düşür


Zavodun tikintisi

Aprelin 28-də prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtda inşa olunan karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.

AZƏRTAC-ın xəbərinə görə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, karbamid zavodunun direktoru Xəyal Cəfərov və «Samsung Engineering» şirkətinin layihə rəhbəri Hansu Kim dövlət başçısına görülən işlərlə bağlı məlumat veriblər.

Zavodun tikintisinin bu ilin sonunda yekunlaşması nəzərdə tutulur. Ümumilikdə müəssisənin istismara verilməsi isə 2018-ci ilə planlaşdırılır.

Ümumi ərazisi 40 hektara yaxın olan zavodda ammonyak və karbamid istehsal ediləcək.

Görüşdə bildirilib ki, layihənin icra edilməsi iqtisadiyyatın əsas sektorlarından biri olan kənd təsərrüfatına böyük dəstək verəcək. Zavodda il ərzində 650-660 min ton karbamid istehsal ediləcək. Bu da daxili tələbatı tam ödəyəcək.

Layihənin ümumilikdə neçəyə başa gəldiyi açıqlanmır.

XATIRLAMA

Bu zavodun təməli 2011-ci ilin dekabrında qoyulub. Karbamid zavodunun tikintisi ilə əlaqədar 2011-ci ildə beynəlxalq açıq tender elan edilib. Tenderin nəticələrinə əsasən, 2012-ci ildə Koreya Respublikasının «Samsung Engineering Co. Ltd.» şirkəti mühəndislik, satınalma və tikinti üzrə podratçı seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG