Keçid linkləri

Təcili xəbərlər
2018, 11 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:47

Ermənistan raket buraxdı


«OSA» zenit kompleksi

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı bu gün, aprelin 28-i növbəti açıqlama yayıb.

Açıqlamada vurğulanır ki, Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir.

«Aprelin 27-də axşam saatlarında Ermənistan hava hücumundan müdafiə bölmələrinin Xocavənd-Füzuli istiqamətində «OSA» zenit kompleksindən buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb. Əraziyə baxış keçirilərək 9M33M2 tipli raketin başlıq hissəsi və digər qalıqları tapılaraq götürülüb. İlkin araşdırma Ermənistan Silahlı Qüvvələrində olan raketlərin köhnə və istismara yararsız olduğunu göstərib»,-deyə məlumatda yazılır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. İndinin özündə belə tərəflər bir-birlərini atəşkəs pozuntusunda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG