Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:21

Nazirlər görüşdü


Sergei Lavrov, Eduard Nalbandian və Elmar Məmmədyarov

«Azərbaycanla Ermənistan Vyana və Sankt-Peterburqdakı sammitlərdə əldə olunan razılaşmalara əməl edilməsini zəruri sayırlar».

Bu gün, aprelin 28-də Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov, Sergei Lavrov və Eduard Nalbandian-ın Moskvada keçirilmiş görüşünün nəticələri haqda birgə bəyanatda belə yazılır.

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılan ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Rusiyanın təşəbbüsü ilə keçirilən görüşün məzmunu ilə bağlı detallı bilgi verilmir.

Bəyanatda Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı fikir mübadiləsi apardıqları bildirilir. Eyni zamanda, Rusiyaya göstərdiyi səylərə görə təşəkkür edildiyi vurğulanır.

Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirlərinin görüşündən sonra danışıqların məzmunu barədə Minsk qrupunun həmsədrləri, bu qurumun fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi ilə də görüş keçirilib.

XATIRLATMA

Ötən il Vyana və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşü olub. Görüşdən sonra açıqlanan bəyanatda bildirilib ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduqlarını bir daha bəyan ediblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG