Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:48

Elgiz Qəhrəmanın vəsatətləri təmin edilməyib


Milli Şuranın aksiyasında şüar, 8aprel17

Bu gün, aprelin 27-də Bakı Apellyasiya Məhkəməsində NİDA Vətəndaş Hərəkatının fəalı Elgiz Qəhrəmanlının şikayəti üzrə ilkin baxış iclası keçirilib.

Bunu AzadlıqRadiosu-na E.Qəhrəmanlının vəkili Fariz Namazov bildirib.

Onun sözlərinə görə, prosesdə üç vəsatət qaldırıb.

Buna da bax:​ Gənc fəal: 'Əməliyyat müvəkkilinin otağında beysbol zopaları var idi'

Bunlar həbsin ev dustaqlığı ilə əvəz edilməsi, onun vəkilin yanında oturması və məhkəmənin qismən istintaqla aparılması ilə bağlı olub.

Hakim vəsatətlərin heç birini təmin etməyib və mahiyyəti üzrə dinləmələri mayın 11-nə təyin edib.

Xatırlatma

E.Qəhrəmanlı 2016-cı il avqustun 12-də saxlanıb. Ona qarşı CM-in 234.4.3-cü (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Vəkil: 'Elgiz bu statusuna görə bu gün burdadı...'

2017-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi E. Qəhrəmanlını 5,5 il müddətinə azadlıqdan məhrum edib.

NİDA Hərəkatı həbsin siyasi motivli olduğunu bəyan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG