Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:22

ƏSA Teatrından növbəti bir ilk – İşarət dili ilə tamaşa göstəriləcək


ƏSA teatrının kollektivi.
ƏSA teatrının kollektivi.

ƏSA Teatrından növbəti bir ilk – İşarət dili ilə tamaşa


Ötən il müstəqil şəkildə yaranmış əsas heyəti əlilliyi olan şəxslərdən ibarət inklüziv ƏSA Teatrı növbəti, dünya miqyaslı bir ilkə imza atacaq.

Belə ki, 2 may 19:00-da premyerası olacaq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının nümayişində paralel olaraq səhnədə eşitmə və danışma məhdudiyyətli şəxslər üçün işarət dili ilə tərcümə olacaq.

Tamaşa zamanı işarət dili ilə tərcümə nəinki ölkəmizdə hətta dünyada da bir ilk sayılır.

Buna da bax: Şeksprin əsəri "ƏSA" teatrında tamaşaya qoyulacaq

ƏSA teatrının "Yuxum" tamamşasının afişası.
ƏSA teatrının "Yuxum" tamamşasının afişası.

ƏSA Teatrının baş meneceri Nicat Qulam "Oxu Zalına" bildirir ki, bu təşəbbüsün əsas məqsədi cəmiyyətin bütün üzvlərini teatra cəlb etmək, onların tamaşaçı olmalarının mümkünlüyü təmin etmək və teatrlarda işarət dili ilə tərcüməni ənənə halına salmaqdır.

İşarət dili ilə tərcüməni bu sahədə bir çox uğurlu layihələrə imza atmış Nüranə Abıyeva edəcək.

Qeyd edək ki, sözügedən tamaşanın nümayişi 10-u fiziki məhdudiyyətli olmaqla, 15 aktyor iştirak edəcək. Tamaşa 2 may 19:00-da Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) binasında baş tutacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG