Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:55

Şeksprin əsəri "ƏSA" teatrında tamaşaya qoyulacaq


ƏSA teatrının yeni tamaşasaı "Yuxu"nun posteri

ƏSA Teatrında premyera – YUXUM (U. Şekspir)

Azərbaycan teatrının “ƏSA”sı yenidən səhnədə - Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri ilə

Ölkədə bir ilkə imza atan əsas heyəti əlilliyi olan aktyorlardan ibarət inklüziv ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutacaq.

Beləliklə, ötən il müstəqil şəkildə təsis edilən inklüziv ƏSA Teatrı 2 may 19:00-da ingilis dramaturq U. Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının ilk nümayişini tamaşaçılara təqdim edəcək.

Buna da bax: "ƏSA teatrı" dünya əlillər gününü belə qeyd etdi [video]

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssamı Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailodur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb.

Qeyd edək ki, tamaşanın Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda baş tutacaq.

Ünvan: Səbail rayonu, Xəqani küçəsi 10. (Sahil metrosunun yaxınlığında)

“Yuxum” tamaşası Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Rəsmi partnyorlar: British Council Azerbaijan, Teatr Xadimləri İttifaqı, Axtarış Sənət Evi

Teatrın təsisçisi və bədii rəhbəri: Nihad Qulamzadə
Direktoru: Orxan Adıgözəl
Baş menecer: Nicat Qulam

Günün bütün mövzuları

XS
SM
MD
LG