Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 18:29

ABŞ Suriya və İraqdakı qüvvələrinin sayını artırır


Foto arxiv

ABŞ prezidenti Donald Trump müdafiə naziri James Mattis-ə Suriya və İraqdakı ABŞ qüvvələrinin sayını artırmaq icazəsi verib.

Bu barədə Reuters agentliyi məlumat yayıb.

Pentaqonun nümayəndəsi bu məlumatı təsdiqləyib, amma hələlik elə bir dəyişiklik edilmədiyini bildirib.

Müdafiə nazirliyi bildirib ki, İslam dövləti” qrupu ilə daha effektli mübarizə aparmaq üçün belə bir qərar verilib.

Hazırda İraqda 5 min, Suriyada isə 500-dək ABŞ hərbçisi var.

Associated-Press agentliyinin məlumatına görə, bu qüvvələrin sayı bir neçə min artırıla bilər.

XS
SM
MD
LG