Aprelin 28-i Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 8-11, gündüz 17-22, Bakıda gecə 8-10, gündüz 20-22 dərəcə isti olacaq.
Ölkənin rayonlarında da bir elə yağıntı gözlənilmir. Gecə 7-12, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti təxmin edilir.