Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:39

Nazirlərin Qarabağla bağlı görüşü gözlənir


Sergei Lavrov, Eduard Nalbandian və Elmar Məmmədyarov

Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri arasında növbəti görüş gözlənir.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Elmar Məmmədyarov, Eduard Nalbandian və Sergei Lavrov Moskvada bir araya gələcəklər.

Görüşün aprelin 28-nə planlaşdırıldığı bildirilir.

Nazirlərin görüşdə Dağlıq Qarabağ münaqişəsi ətrafında məsələləri müzakirə edəcəkləri gözlənilir.

Ancaq, hələlik, Azərbaycan Xarici İşlər Nazirliyi bu məlumatı təsdiqləməyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Münaqişənin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılır. Rusiya, ABŞ və Fransa həmsədr ölkələrdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG