Çinin hərbi dəniz donanması ikinci təyyarədaşıyan gəmisini alır.
“Ture 001A” Çinin tamamilə özünün buraxdığı ilk gəmidir.
Bu barədə aprelin 26-də “Reüters”, “Xinhua” və “Li Gang” agentlikləri məlumat yayıblar.
“Çinin ikinci təyyarədaşıyan gəmisi aprelin 26-da suya buraxıldı” “Xinhua” agentliyi yazır.
Təntənəli mərasimdə Mərkəzi hərbi şuranın sədr müavini Fan Çanlun iştirak edib.
Gəmi ilkin olaraq suya aprelin 23-də- milli hərbi-dəniz qüvvələri günü buraxılmalı idi, amma mərasim bir neçə günlüyə təxirə salındı.