Keçid linkləri

Təcili xəbərlər
2018, 23 May, çərşənbə, Bakı vaxtı 03:13

Ağ evin keçmiş milli təhlükəsizlik müşaviri Michael Flynn 2015-ci ildə Rusiyaya səfəri zamanı qanunu pozub, çünki ödəniş almaqdan ötrü icazə əldə etməyib. Bu açıqlamanı aprelin 25-də Nümayəndələr Palatasının komitə rəhbəri verib.

İstefada olan general-leytenant Flynn həmin səfər zamanı prezidenti Vladimir Putin-lə nahara qatılıb və Rusiyanın RT televiziyasının sponsorluğuyla qala-naharda çıxış edib. Həmin televiziya bu səfərə görə Flynn-ə 33 min dollar ödəyib.

«Bu pul qaytarılmalıdır», – Palatanın nəzarət komitəsinin respublikaçı sədri Jason Chaffetz Vaşinqtonda jurnalistlərə deyib. «Keçmiş zabit kimi Rusiyadan, Türkiyədən, ya başqa birindən pul ala bilməzsən. Onun bu pulu aldığı görünür. Bu, qanun pozuntusudur. General Flynn xarici hökumətdən pul almamışdan icazə istəməliydi», – konqresmen vurğulayıb.

Flynn bu ilin yanvarında Trump-ın milli təhlükəsizlik müşaviri elan olunub. Amma fevralın 13-də istefaya məcbur edilib, onun ABŞ-ın Moskvaya sanksiyaları ilə bağlı Rusiya səfiriylə söhbəti haqda məlumat vermədiyi üzə çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG