Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:50

İranın ali dini lideri prezidentliyə namizədlərə müraciət edib ki, ölkə iqtisadiyyatını Qərbin dəstəyi olmadan inkişaf etdirməyə fokuslansınlar. Qeyd edək ki, indiki prezidenti Hassan Rouhani ölkə iqtisadiyyatını xarici ticarət və sərmayəylə artırmağı hədəfləyir.

«Namizədlər iqtisadi məsələlərin həllindən ötrü xaricə boylanmaq əvəzinə, yerli imkanlara diqqət ayıracaqlarını vəd etməlidirlər», – Ali Khamenei aprelin 25-də Tehranda müsəlman ölkələrinin səfirləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, Qərb ölkələri İran İslam Respublikasına qarşı vuruşurlar, çünki «islam onların maraqlarını əngəlləyir».

A.Khamenei-nin sərt xətt tərəfdarları olan müttəfiqləri prezidentliyi ələ keçirməyə can atırlar və praqmatik Rouhani-ni Qərbin iqtisadi sanksiyaları qaldırmasına baxmayaraq, iqtisadiyyatın ləng dirçəlişində suçlayırlar.

2015-ci ildə İran Qərb ölkələriylə nüvə sazişi imzalayandan inflyasiya birrəqəmli səviyyəyə düşüb, iqtisadiyyat isə 7.4 faiz artıb. Beynəlxalq Valyuta Fondu neft sektorundan xaric digər sektorlarda artımın ortalama cəmi 0.9 faiz olduğunu deyir.

H.Rouhani-nin 19 may seçkisində əsas rəqibi sərt xətt tərəfdarı olan Ebrahim Raisi-dir. O, ildə 1.5 milyon iş yeri açmağı vəd edir. Digər namizəd, Tehranın meri Mohammad Baqer Qalibaf isə ilə 5 milyon iş yeri yaradacağını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG