Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:16

Mədəniyyət və Turizm Nazirliyi gəncləri Rusiyaya kino təhsili almağa göndərəcək


Azərbaycanfilm kinostudiyası
Azərbaycanfilm kinostudiyası

Ümumrusiya Kinematoqrafiya Universiteti (VQİK) ilə danışıqlar nəticəsində bir neçə kino ixtisası üzrə Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bakalavr səviyyəsində rus dilində təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.

Buna da bax: "Çölçü" filmi Hindistanda ən yaxşı film seçilib

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 25-də Nizami Kino Mərkəzində keçirilmiş mətbuat konfransında iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib.

Bildirib ki, mətbuat konfransının məqsədi KİV vasitəsilə ictimaiyyəti, o cümlədən kino sahəsi üzrə xaricdə təhsil almaq arzusunda olan gəncləri məlumatlandırmaqdır. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyası həmin gənclərə müraciət edir.

Qeyd edilib ki, daha hazırlıqlı namizədləri müəyyən edib onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq.

Buna da bax: Elvin Adıgözəl: 'Kinonun tənəzzülündən Kinostudiya yox Mədəniyyət Nazirliyi günahkardır'

Vurğulanıb ki, abituriyentlərdən lazım olan sənədləri - özləri haqqında məlumat, bioqrafik oçerk, həyat hadisəsi yazmaqları və bunları fotoşəkil daxil etməklə qovluqda Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasına təqdim etmələri tələb olunur.

Bildirilib ki, bu layihə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na əsasən həyata keçirilir. Vurğulanıb ki, əgər müraciət edənlər arasında istedadlı gənclər çox olarsa qəbul sayı artırıla bilər. Qeyd olunub ki, gələcəkdə digər ixtisaslar üzrə də gənclərin xarici ölkələrə təhsil almağa göndərilməsi planlaşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG