Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:35

Reza Zarrab-ın işi üzrə hazırlıq iclası keçirilib


Reza Zarrab

Aprelin 24-də Manhetten məhkəməsində Türkiyə-İran vətəndaşı olan qızıl ticarətçisi Reza Zarrab-ın işi üzrə hazırlıq iclası keçirilib. Prokurorlar onun İranın ABŞ sanksiyalarından yayınmasından ötrü Türkiyə və İranda «yüksək səviyyədə» qanunsuz planı koordinasiya etdiyini deyiblər.

ABŞ-da prokuror köməkçisi Dennis Lockard deyib ki, Zarrab-ın və onunla əlbir olanların İran hökuməti, şirkətlərinə yüz milyonlarla dollarlıq yasaqlanmış maliyyə sövdələşmələrində xidmətlərini təklif etdiklərini sübuta yetirəcək. Zarrab-ın İranın ovaxtkı prezidenti Mahmud Ahmadinejad-a məktubunda bu haqda yazdığı bildirilir.

Prokuror köməkçisi deyib ki, Zarrab o zaman bu sxemin icrasından ötrü İranda və Türkiyədə yüksəksəviyyəli hökumət və bank rəsmiləri ilə çalışıb. Həmin sxemdən İranın nüvə proqramına pul ayırdığına görə sanksiyalarla üzləşmiş İran bankları, İslam Keşikçiləri Qvardiyası da faydalanıb.

33 yaşlı Zarrab ötən ilin martında saxlanıb, ittihamları qəbul etmir. D.Lockard onun milli təhlükəsizliyə ciddi xələl gətirməkdə suçlandığını bildirib. Qeyd edək ki, ötən həftə Zarrab-ın vəkillərinin istintaqa ifadəsi yayılmışdı. Onlar biznesmenə ittihamların əhəmiyyətini kiçiltməyə çalışır, onun silah, nüvə texnologiyası satışıyla bağlılığı olmadığını deyirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG