Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Aprel, Bazar ertəsi, Bakı vaxtı 03:51

Hökumət xaricdən tezyetişən pambıq toxumu alıb


Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Ağ qızılın qara dərdi

Kənd Təsərrüfatı Nazirliyi Türkiyə və Almaniyadan tezyetişən, məhsuldar və yüksək lif keyfiyyət göstəricilərinə malik pambıq sortlarının toxumlarını alıb.

Bu barədə qurumun mətbuat xidməti məlumat verir.

«ProGen» və «Bayer» şirkətindən alınan pambıq toxumunun bir hissəsi mərhələli olaraq respublikaya gətirilərək istehsalçılara verilib.

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, dövlət başçısı respublikada pambıq əkini sahələrinin daha da genişləndirilməsi ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında konkret vəzifələr qoyub.

Xaricdən alınan pambıq toxumunun həcmi və müqavilənin məbləği açıqlanmır.

İndiyədək Azərbaycanda 25 yerli və xarici pambıq sortu istifadə edilib. Bunların dördü («Ələkbəri», «Gəncə-160», «Assos», «Select») 2016-cı ildə rayonlara göndərilib.

Ötən ildən başlayaraq pambıqçılığın inkişaf etdirilməsi hökumətin əsas diqqət ayırdığı sahələrdən birinə çevrilib. Hökumət bu sahəni inkişaf etdirməklə həm yeni iş yerlərinin açılmasını, həm də ölkəyə valyuta axınını artırmağı düşündüyünü bəyan edir.

Bu yaxınlarda ölkə başçısı bildirmişdi ki, 2017-ci ildə pambıqçılıqda 200 mindən çox insan işlə təmin olunacaq. Ancaq bir çox ekspertlər hökumətin pambıqçılığın inkişafına xüsusi diqqət ayırmasını perspektivsiz hesab edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG