Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:39

Dağlıq ərazilərdə qar gözlənir


Yağış

Aprelin 25-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadada gecə 7-10, gündüz 14-17, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Gecə 7-12, gündüz 15-20, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG